Müdafiə Nazirliyinin bir neçə vəzifəli şəxsi həbs olunub

Müdafiə Nazirliyinin bir neçə vəzifəli şəxsi həbs olunub
14 Fevral 2022
Mətni dəyiş

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müdafiə Nazirliyində əməliyyat keçirdiyi bildirilir. 

Əməliyyat zamanı saxlanılanlar arasında Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, polkovnik Rəfael Xəlilov, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, “N” saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə də var.

Onlar haqqında DTX-nın İstintaq Baş İdarəsində cinayət işi başlanıb. Adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə), 341 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittihamlar irəli sürülüb.

Cinayət işində milyonlarla büdcə vəsaitinin yeyintisindən söhbət gedir.

Bakı Hərbi Məhkəməsinin qərarıyla Rəfael Xəlilov, Bayram Bayramov, Fərahim Sərkərov və Vüsal Əlizadənin hər biri barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun