Müdafiə Nazirliyi Qarabağda səngər qazan ermənilərin qarşısının alındığını deyir

Müdafiə Nazirliyi Qarabağda səngər qazan ermənilərin qarşısının alındığını deyir
16 Fevral 2022
Mətni dəyiş

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində qanunsuz qazma işləri aparan ermənilərin qarşısı alınıb. 

Bu barədə qurumun yaydığı məlumatda deyilir. Məlumatda qeyd olunur ki, fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması müşahidə edilib. "Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb", - məlumatda qeyd edilib. Bundan əlavə olaraq, Ermənistan tərəfi iddia edib ki, Azərbaycan hərbçiləri atəş açıblar və bir erməni hərbçi ağır yaralanıb. Azərbaycan Müdafiə Nazirliyi bunu da təkzib edib. "Erməni tərəfi qanunsuz birləşmənin üzvləri arasında baş verən cinayətləri ört-basdır etmək üçün növbəti təxribata əl atıb", - məlumatda qeyd edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun