Müdafiə Nazirliyi: "Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub"

Müdafiə Nazirliyi: "Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub"
23 Fevral 2022
Mətni dəyiş

Azərbaycan-Ermənistan arasında atəşkəs yenidən pozulub. 

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik məlumatda deyir ki, atəşkəsi Ermənistan tərəfi pozub.

"Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub", - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Müdafiə Nazirliyi bildirib ki, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Son günlər atəşkəsin pozulması halları yenidən artıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun