Prezident 3 rayona yeni icra başçısı təyin edib

Prezident 3 rayona yeni icra başçısı təyin edib
18 Fevral 2022
Mətni dəyiş

Bakının Nərimanov və Nizami rayonuna yeni icra başçıları təyin olunub. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncamla Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin, Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Prezidentin digər sərəncamı ilə Kürdəmir rayonuna da icra başçısı təyin olunub. Belə ki, Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bakı Şəhər Nərimanov rayonunun icra başçısı təyin olunan E.Abdullayev bu təyinata qədər Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri vəzifəsində çalışıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun