Ermənistanın təhsil naziri: "Hazırda Azərbaycan dilində tədris proqramı nəzərdən keçirilmir"

Ermənistanın təhsil naziri: "Hazırda Azərbaycan dilində tədris proqramı nəzərdən keçirilmir"
23 Fevral 2022
Mətni dəyiş
Hazırda Ermənistan məktəblərində Azərbaycan dilində tədris proqramı yoxdur, yalnız gürcü dilində tədris proqramı nəzərdən keçirilir. Bu barədə Ermənistan hökümətinin bugünkü iclasından sonra mətbuat konfransında ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan bildirib. “Bu gün Azərbaycan dili məsələsi nəzərdən keçirilmir, regional dillər və mədəniyyətlərlə tanışlıq proqramı çərçivəsində bəzi məktəblərdə gürcü dilinin tədrisi məsələsi müzakirə olunur. Siz niyə diqqətinizi məhz Azərbaycan dili üzərində cəmləmisiniz? Hazırda biz gürcü dili məsələsinə baxırıq, lakin onun da tədrisi bütün ölkə ərazisində və məcbur şəkildə olmayacaq”. “Məhz gürcü dilinin tədrisi nə ilə bağlıdır?” sualına isə cavabında Dumanyan “İcazə verin, bu sualı cavabsız qoyum” deyib. 44 günlük müharibədən sonra Ermənistanda müxtəlif platformalarda Azərbaycan dilinin məktəblərdə tədrisinin vacibliyi müzakirə edilir

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun