Dövlət Komitəsi: "200 nəfərdən artıq Azərbaycan vətəndaşı təxliyə olunmaq üçün müraciət edib"

Dövlət Komitəsi: "200 nəfərdən artıq Azərbaycan vətəndaşı təxliyə olunmaq üçün müraciət edib"
26 Fevral 2022
Mətni dəyiş

Ukraynada yaranan təhlükəsizlik problemləri səbəbindən hələlik 200 nəfərdən çox azərbaycanlı təxliyə olunmaq üçün müraciət edib.  Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Məlumatda bildirilir ki, Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ qərargaha 200 nəfərdən artıq Azərbaycan vətəndaşı təxliyə olunmaq üçün müraciət edib. Onların arasında Ukraynada təhsil alan azərbaycanlı tələbələr də var.

Müraciət edənlərin Ukrayna ilə həmsərhəd ölkələr vasitəsilə Azərbaycana gətirilməsi planlaşdırılır. Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.

Ukraynada, xüsusilə gərginliyin hökm sürdüyü bölgələrdə yaşayan soydaşlarımız hər hansı problem yaranacağı təqdirdə, Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ qərargahla +380 97 070 0085 telefon nömrəsi və [email protected] email ünvanı ilə əlaqə saxlaya bilərlər.

Soydaşlarımıza hər cür mənəvi və informasiya dəstəyini təmin etmək məqsədilə operativ qərargah 24 saat fəaliyyət göstərir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun