Cavanşir Feyziyev böhtana görə hakim qarşısına çıxarılır

Cavanşir Feyziyev böhtana görə hakim qarşısına çıxarılır
14 Fevral 2022
Mətni dəyiş

Fevralın 17-də saat 15-də Milli Məclisin deputatı Cavanşir Feyziyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətlə bağlı Səbail rayon məhkəməsində hazırlıq iclası olacaq.

Prosesə hakim Azər Tağıyev sədrlik edəcək. Bu barədə elektron məhkəmə sistemində məlumat yayılıb.

Məlumatda deyilir ki, Cavançir Feyziyev Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilib. Bununla yanaşı, elektron məhkəmə sistemində xüsusi ittiham qaydasında şikayətin kimlər tərəfindən verildiyi barədə məlumat verilmir.

Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) araşdırmalardan sonra Azərbaycan parlamentinin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Britaniyanın bank hesablarındakı 5,6 milyon funt-sterlinqin müsadirəsi ilə bağlı qərar çıxarıb. Feyziyev isə Azərbaycanda bununla bağlı tənqidi fikir səsləndirən siyasətçiləri və jurnalistləri satqınlıqda ittiham edərək təhqir edib. Güman olunur ki, şikayəti bu şəxslərin arasından kimsə verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun