BNA Bakı Şəhər İcra Hakimiyyətinin, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi isə DİN-in tabeliyinə verilib

BNA Bakı Şəhər İcra Hakimiyyətinin, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi isə DİN-in tabeliyinə verilib
7 Fevral 2022
Mətni dəyiş

Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.  Bu barədə Azərbaycan prezidenti İlham Əliyev fərman imzalayıb. "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmandan irəli gələn addımların atılması Nazirlər Kabinetinə tapşırılıb.

Bununla bərabər, Agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirlyinin tabeliyinə verilib.

Nazirlər Kabineti Agentliyin yeni nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, fərmanla əlaqədar olaraq Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, fərmana uyğun olaraq Agentliyin balansında olan və “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Daxili İşlər Nazirliyinin balansına verilməsini bir ay müddətində təmin etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun