Azərbaycanda taksi fəaliyyəti ilə bağlı yeni qanun layihəsi hazırlanacaq

Azərbaycanda taksi fəaliyyəti ilə bağlı yeni qanun layihəsi hazırlanacaq
7 Fevral 2022
Mətni dəyiş

Azərbaycanda taksilərin fəaliyyətini tənzimləyən yeni qanun layihəsi hazırlanacaq. Bu barədə prezident İlham Əliyev fərman imzalayıb. 

"Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" adlı fərmanında qeyd olunur ki, Bakı şəhərində taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ-hüquqi aktların layihələri üç ay müddətində hazırlanasın. Azərbaycanda taksilərin fəaliyyəti ilə bağlı müxtəlif yanaşmalar var. Belə ki, əhalinin böyük hissəsi taksi qiymətlərinin az olması səbəbindən bu sahədə hüquqi yanaşmaya gərək olmadığını düşünür. Ancaq hökumət və taksi sürücüləri bildirirlər ki, qiymətin az olması heç də təbii səbəblərdən deyil. Qeyd olunur ki, iri xarici taksi şirkətləri bazarda əsas pay sahibidirlər və onların gəlirləri müxtəlif ölkələrdən olduğu üçün, Azərbaycanda aşağı olan gəlirləri müxtəlif ölkələrdən gələn gəlirlərlə kompensiasiya edə bilirlər. Beləliklə, şirkət həm varlığını qoruyur, həm gəlir əldə edir, həm də ucuz xidmət göstərir. Ancaq burada yeganə ziyan görənlər taksi şoferləridir ki, onlar da bu sistemin istismar etməkdən ibarət olduğunu düşünürlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun