Azərbaycan, Türkiyə və İsrailin ABŞ-dakı səfirləri görüşüb

Azərbaycan, Türkiyə və İsrailin ABŞ-dakı səfirləri görüşüb
4 Fevral 2022
Mətni dəyiş

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrailin ABŞ-dakı səfirləri arasında görüş olub.

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim tviterdə yazıb.

“Səfir Mixael Hersoqu qonaq kimi qəbul etmək mənim üçün şərəfdir. Azərbaycan İsrail dostluğu regionda sülh, sabitlik və inkişaf üçün töhfədir!”, - Azərbaycan səfiri qeyd edib.

Həmçinin bu görüş barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik də paylaşım edib. O, tviterdə yazıb:

“İsrail səfiri Mixael Hersoqun Türkiyə səfiri də daxil olmaqla, digər səfirlərlə birgə Vaşinqtonda Azərbaycan səfiri Xəzər İbrahim tərəfindən şam yeməyində görməyimə şad oldum”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun