Azərbaycan Ermənistan sərhəddində atəşkəs pozulub, tərəflər bir-birlərini ittiham edirlər

Azərbaycan Ermənistan sərhəddində atəşkəs pozulub, tərəflər bir-birlərini ittiham edirlər
19 Fevral 2022
Mətni dəyiş

Gecə Azərbaycan-Ermənistan sərhəddində atəşkəs yenidən pozulub. Bunu Azərbaycan Müdafiə Nazirliyi deyir. 

Nazirlik məlumat yayaraq bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-i saat 22:30-dan etibarən dövlət sərhədinin Tovuzqala rayonunun Güləli yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan fasilələrlə atəşə tutub. Qeyd olunub ki, Azərbaycan ordusunun sözügedən istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb. Ordu sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan bölmələrinin tam nəzarəti altındadır. Müdafiə Nazirliyi sosial şəbəkələrin Ermənistan seqmentində yayılan məlumatları da təkzib edib: "Erməni sosial şəbəkələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində guya atəşin açılması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır", - deyə Nazirlik qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun