Aİ nümayəndələrinin Bakı səfəri: "Yeni tərəfdaşlıq sazişi 2022-ci ildə imzalana bilər"

Aİ nümayəndələrinin Bakı səfəri: "Yeni tərəfdaşlıq sazişi 2022-ci ildə imzalana bilər"
5 Fevral 2022
Mətni dəyiş

Bu günlərdə Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı danışıqlar davam edir. Azərbaycan rəsmiləri Aİ-nin Bakıya səfər edən nümayəndələri ilə görüşlər keçirib ikitərəfli əlaqələrdən danışırlar. 

Görüşlərdən əvvəl danışıqların əsasən əgər Rusiya ilə qarşıdurma olarsa yaranacaq qaz böhranından necə çıxmaq istiqamətində olacağı yazılsa da, daha sonra məlum olur ki, müzakirələr geniş gündəlik ətrafında aparılır. Fevralın 4-ü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının genişlənmə və qonşuluq üzrə komissarı Oliver Varhelyi ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, Azərbaycan və Avropa İttifaqı bu il yeni tərəfdaşlıq sazişini imzalaya bilər. "Hazırda mütəxəssislərimiz bu təklifləri öyrənirlər. Bu gün biz belə fikrə gəldik ki, bu işlərin həyata keçirilməsi sürətlənsin. Hesab edirik ki, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında yeni sazişin imzalanması 2022-ci ildə mümkündür", - Bayramov bildirib.

Yeni sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ildə başlayıb.

Bundan öncə bildirilmişdi ki, sənəd  90 faizdən çox razılaşdırılıb və ticarət-iqtisadi sahədə bəzi məsələlər açıq qalır.

Bakıda yeni saziş "strateji tərəfdaşlıq haqqında" saziş adlandırılsa da, Avropa İttifaqı nümayəndələri bu formuldan çəkinirlər.

1996-cı il tarixli tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəz edəcək yeni sənəd daha əhatəli olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun