ABŞ vətəndaşlarına Belarusu tərk etmələri ilə bağlı çağırış edib: "Moldova ərazisinə də girməmək tövsiyə olunur"

ABŞ vətəndaşlarına Belarusu tərk etmələri ilə bağlı çağırış edib: "Moldova ərazisinə də girməmək tövsiyə olunur"
15 Fevral 2022
Mətni dəyiş

ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb. Bu barədə departamentin saytında məlumat yayılıb. 

Bununla bərabər, bildirilib ki, vətəndaşların Moldovoya keçməsi də tövsiyə olunmur və ABŞ vətəndaşları Dnestryanı ərazini dərhal tərk etməlidir. Departament bu müraciəti Şərqi Avropada yaranmış vəziyyətlə əlaqələndirib. "Qanunların özbaşına qəbul edilməsi, saxlanma riski, Rusiyanın hərbi birləşmələrini Belarusla Ukrayna sərhədi boyunca qeyri-adi və narahatlıq doğuran genişləndirməsi, COVID-19 və bununla bağlı giriş məhdudiyyətləri səbəbindən Belarusa daxil olmayın. Belarusdakı ABŞ vətəndaşları dərhal kommersiya və ya şəxsi fondlarını tərk etməlidirlər", - Departament bildirib. Bu günlərdə, Rusiyanın Ukraynaya hərbi hücum edəcəyi gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun