ABŞ-ın Azərbaycandakı səfiri: "ABŞ "Media haqqında" qanundan razı deyil"

ABŞ-ın Azərbaycandakı səfiri: "ABŞ "Media haqqında" qanundan razı deyil"
17 Fevral 2022
Mətni dəyiş

"Media haqqında" yeni qanunun qəbul edilməsi forması "məyusluq" doğurur. Qanun layihəsi üzərində iş zamanı sənədin təkmilləşdirilməsi məqsədilə bütün maraqlı tərəflərin fikirləri və ekspertlərin təklifləri nəzərə alınmayıb.

ABŞ Səfirliyi hökumət rəsmiləri, KİV və jurnalistlərlə sıx əlaqədədir.

"Biz narahatlığımızı açıq-aşkar dilə gətirdik. Çox şey bu qanunun təcrübədə necə tətbiq ediləcəyindən asılı olacaq. Hakimiyyət ondan mətbuat azadlığını məhdudlaşdırmaq üçün istifadə etsə, bu, çox məyus edəcək. Amma hakimiyyət qanundan vəd etdiyi kimi - mətbuatın səviyyəsini və jurnalistlərin peşəkarlığını artırmaq üçün istifadə etsə, başqa məsələ", deyə səfir bildirib. Azərbaycanın Amerikada keçirilən Demokratiya Forumuna çağırılmamasına da münasibət bildirən səfir deyib ki, Demokratiya Forumunun iştirakçıları bu və ya digər ölkədə demokratiyanın vəziyyəti nəzərə alınmaqla seçilib. "Ümid edirik ki, gələcəkdə Azərbaycan da iştirakçılar arasında olacaq, amma bunun üçün əsas azadlıqlar, vətəndaş cəmiyyətinin imkanları, insan hüquqlarına hörmət kimi məsələlərdə müəyyən irəliləyiş olmalıdır" Ermənistanın Foruma dəvət olunmasının, Azərbaycanın isə dəvət olunmamasının səbəbi barədə suala cavabda diplomat qeyd edib ki, dəvət müəyyən demokratik islahatların mövcudluğundan asılı idi. Bu, ölkənin bu və ya digər siyasi təşkilata üzvlüyündən asılı deyildi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun