Əli Kərimlinin 4 il 5 ay azadlıqdan məhrum edilən sürücüsünün işinə yenidən baxılır

Əli Kərimlinin 4 il 5 ay azadlıqdan məhrum edilən sürücüsünün işinə yenidən baxılır
18 Fevral 2022
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sürücüsü Paşa Ümidovun işinə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılır.  Belə ki, 59 yaşlı Paşa Ümidovun işi üzrə təkrar təhqiqat Ali Məhkəmənin qərarından sonra başlayıb. 

Məhkəmədə danışan cəbhəçi deyib ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində etirafedici ifadələri psixoloji təzyiq və təhdid altında verib. O, əlavə edib ki, narkotik ticarətində ittiham olunduğu halda, evində axtarış aparılmayıb.

O, 2019-cu il oktyabrın 15-də saxlanılıb. Növbəti gün ona qarşı Azərbaycan CM-in 234.2-ci maddəsi ilə (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ittiham irəli sürülüb. 2020-ci ilin avqustunda Ümidov 4,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sonradan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Amma ötən ilin dekabrında Azərbaycan Ali Məhkəməsi şikayətə təkrar baxılması üçün işi apellyasiya instansiyasına qaytarıb.

Ümidov ictimai əsaslarla Kərimlinin sürücüsü və mühafizəçisidir. Hüquq müdafiəçiləri Ümidovu siyasi məhbus kimi tanıyıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun