Əfqanıstanda qızılcaya yoluxma halları artıb, 74 uşaq ölüb

Əfqanıstanda qızılcaya yoluxma halları artıb, 74 uşaq ölüb
7 Fevral 2022
Mətni dəyiş

Əfqanıstanın şimalında yerləşən "Bədəhşan" əyalətinin rəhbərləri regionda qızılca xəstəliyinin artması ilə bağlı məlumat yayıb. 

Bildirilib ki, virus səbəbindən 74 uşaq ölüb.

"Son iki ayda Kuf Ab, Dərvaz, Kohistan və əyalətin paytaxtı Feyzabad da daxil olmaqla Bədəhşanın bölgələrində çoxlu sayda qızılca hadisəsi müşahidə olunub. Kuf Ab və Kohistan rayonlarında ən azı 74 uşaq xəstəlik səbəbindən ölüb", - deyə açıqlamada qeyd olunub.

Epidemiyadan həyatını itirən uşaqların əksəriyyəti səhiyyə işçilərinin və yerli mobil immunizasiya işçilərinin çıxışı olmayan ərazilərdə yaşayıblar.

Rəsmilər insanlara müraciət edərək bildiriblər ki, qızılcanın simptomlarını hiss etdikdə dərhal ən yaxınlıqdakı tibb mərkəzinə müraciət etmək lazımdır. Qeyd olunub ki, virus sürətlə yayılmağa davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun