Ermənistan mətbuatı sülhməramlıların yeni komandirinin Andrey Volkov olduğunu yazır

Ermənistan mətbuatı sülhməramlıların yeni komandirinin Andrey Volkov olduğunu yazır
11 Yanvar 2022
Mətni dəyiş

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinə general-mayor Andrey Volkovun rəhbərlik edəcəyi deyilir.

Bu barədə çərşənbə axşamı Ermənistan KİV sülhməramlıların komandanlığına istinadla məlumat yayıb.

Mənbənin məlumatına görə, komandir dəyişikliyi plan üzrə rotasiya çərçivəsində həyata keçirilir.

General-mayor Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin mayına qədər Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandir müavini olub. Həmin vaxt sülhməramlılara general-leytenant Rüstəm Muradov rəhbərlik edirdi.

Hazırda Volkov Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisidir.

2021-ci ilin sentyabrından Qarabağdakı sülhməramlı kontingentin komandiri vəzifəsini general-leytenant Gennadi Anaşkin tutur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun