Paşinyan ölən ermənilərin sayını açıqlayıb – 3773 ölü və 243 itkin

Paşinyan ölən ermənilərin sayını açıqlayıb – 3773 ölü və 243 itkin
24 Avqust 2021
Mətni dəyiş
İkinci Qarabağ Müharibəsində erməni tərəfindən 3773 nəfər ölüb, 243 hərbi qulluqçu itkin düşüb. Bu barədə avqustun 24-də parlamentdə çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, hökumətin 2021-2026-cı illərdə fövqəladə şəraitdə planını təqdim edir: əsirlərin, minlərlə köçkünün olması, sosial-iqtisadi böhran, Ermənistan və Qarabağın artan təhlükəsizlik problemləri və pandemiya. "Qısamüddətli, ortamüddətli və strateji perspektivdə problemlərin həll yollarını göstərmək lazımdır, çünki Ermənistan taleyüklü və dönüş mərhələsindədir", - deyə o bildirib. Ermənistanda qeyri-rəsmi mənbələr ölən erməni əsgərlərinin sayını 5 mindən 7 min nəfərə qədər göstərir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun