MN: 'Muxtarkənd, Şuşakənd yaxınlığında yeni erməni postları qoyulur'

MN: 'Muxtarkənd, Şuşakənd yaxınlığında yeni erməni postları qoyulur'
11 Avqust 2021
Mətni dəyiş

Azərbaycan Müdafiə Nazirliyi Qarabağda baş verən son hadisələrlə bağlı məlumat yayıb.

Açıqlamada deyilir ki, "10 Noyabr" bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb:

"Son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur".

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülür və bu kimi hallara imkan verilmir: "Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün bu kimi təxribatlara əl atır".

"Sülhməramlılar Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır"

Nazirliyin açıqlamasında deyilir ki, bütün bunlar Ermənistanın yeni müdafiə naziri Vaqarşak Arutyunyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verir.

"Xatırlatmaq istərdik ki, Ermənistanın sabiq müdafiə naziri David Tonayan da "yeni müharibələr, yeni ərazilər" adlandırdığı təxribatçı hərbi doktrina ilə çıxış etmişdi. Onun rüsvayçı aqibəti hər kəsə məlumdur", - deyə bəyayatda bildirilir.

Müdafiə Nazirliyi Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsinin təmin olunacağını elan edib.

"Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır", - deyə açıqlamada deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun