Türkiyə, Azərbaycan və Gürcüstanın birgə təlimləri keçiriləcək

Türkiyə, Azərbaycan və Gürcüstanın birgə təlimləri keçiriləcək
9 İyul 2021
Mətni dəyiş

Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, təlimlər 4-8 oktyabr tarixlərində keçiriləcək. Bildirilib ki, bu gün "Eternity-2021" təlimlərinin ilk planlaşdırma iclası baş tutub.

Bundan əvvəl isə iyunun 30-u Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimlərində növbəti təlim-döyüş tapşırıqları icra edilib.

Təlimlərin ilkin mərhələsində şəxsi heyət, silah və döyüş texnikası cəmləşmə rayonuna çıxarılıb və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi üçün hazır vəziyyətə gətirilib. Müxtəlif mərhələlər üzrə keçirilən təlimlərdə artilleriyaçılar tank bölmələrinin dəstəyi ilə şərti düşmənin canlı qüvvəsi və zirehli texnikasının məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun