Rusiya hərbçiləri Kəlbəcərlə sərhədə gəlir

Rusiya hərbçiləri Kəlbəcərlə sərhədə gəlir
7 İyul 2021
Mətni dəyiş
Kremldə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla bugünkü danışıqları zamanı Ermənistan-Azərbaycan sərhədində Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı sənəd imzalanması haqqında məlumatı təkzib ediblər. “Bu məlumat həqiqətə uyğun deyil”, deyə RF prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin danışıqlar zamanı sənədlərin, xüsusən Sotk-Xoznavar sərhəd hissəsində sülhməramlıların yerləşdirilməsi haqqında sənədin imzalanacağı haqqında KİV-də yer alan məlumatların doğru olub-olmadığı barədə sualına cavabda bildirib. Bir müddət əvvəl Ermənistanın “Joqovurd” qəzeti baş nazir səlahiyyətlərini icra edən Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə digər məsələlərlə yanaşı, Ermənistan sərhədində Rusiya sülhməramlılarının yerləşdirilməsi variantlarını da müzakirə edəcəyini yazıb. Bununla belə, Ermənistan və Azərbaycan arasında yerləşdiriləcək Rusiya hərbçilərinin bir hissəsi artıq Qeqarkunik bölgəsinə gəlib, deyə bölgənin qubernatoru Qnel Sanosyan çərşənbə günü keçirilən mətbuat konfransında bildirib. “Proses gedir, bu proses çərçivəsində Rusiya hərbçiləri (onların bir hissəsi artıq bölgəyə gəlib) müəyyən mərhələdən sonra sərhəd boyunca yerləşdiriləcək. Ermənistan və Azərbaycan silahlı qüvvələri bu hissələrdən çıxarılacaq. Bundan sonra müəyyən sərhəd hissələrinin dəqiqləşdirilməsinə başlanacaq”, deyə Sanosyan bildirib. Bir müddət əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib ki, Ermənistan-Azərbaycan sərhədində Rusiya sərhədçilərinin yerləşdirilməsi ilə bağlı müzakirələr aparılır. Bundan əvvəl Yerevan və Moskva arasında 102-ci bazanın hərbi qulluqçularından ibarət bir qrupun Azərbaycanla sərhədə köçürülməsi haqqında razılıq əldə olunub. Bundan başqa, Görusə Rusiya Sərhəd Xidmətinin əlavə qüvvələri göndərilib. Xatırladaq ki, mayın ortalarından etibarən Kəlbəcər (Azərbaycan) və Qeqarqunik (Ermənistan), həmçinin Laçın və Qeqarqunik arasında gərgin vəziyyət qalmaqdadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun