Paşinyan sülhməramlıların stabilliyi tam qoruya bilmədiyini deyir

Paşinyan sülhməramlıların stabilliyi tam qoruya bilmədiyini deyir
8 İyul 2021
Mətni dəyiş

Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.

Bu, Ermənistandakı son seçkilərdən sonra ilk görüş olub.

Rusiya prezidenti Vladimir Putin Paşininyanın inamlı qələbə qazandığını bildirib.

"Siz seçkilərdə inamlı qələbə qazandınız. Buna görə mən sizi bir daha təbrik etmək istəyirəm. Bu gün Qarabağ ətrafında həll olunması gərəkən problemlər var. Mən əminəm ki, böyük xalq dəstəyinin olmasını da nəzərə alıb bu problemlərin həllinə çalışacağıq", - deyə Putin bildirib.

Nikol Paşinyan isə görüş ərəfəsində açıqlama verərək bildirib ki, 44 günlük müharibənin dayandırılmasında Rusiya böyük rol oynayıb, ancaq bu da yetərli deyil.

"Bəli, 44 günlük müharibənin dayandırılmasında Rusiyanın böyük rolu var. Müharibədən sonra Rusiya sülhməramlılarının Qarabağa gəlməsi regionda bir stabillik yaradıb, ancaq biz görürük ki, bəzən bu stabillik pozulur. Xüsusən sərhəd məsələlərində bu qorunmur", - deyə Nikol Paşinyan bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun