"KTMT Ermənistan və Azərbaycan arasında sərhəd münaqişəsinə müdaxilə etmir" - Təşkilatın baş katibi

"KTMT Ermənistan və Azərbaycan arasında sərhəd münaqişəsinə müdaxilə etmir" - Təşkilatın baş katibi
3 İyul 2021
Mətni dəyiş
Azərbaycanla yeni sərhədin müəyyən edilməsi ilə əlaqədar Ermənistanın cənubunda vəziyyətin gərginləşməsi “sərhəd insidentidir” və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv müdafiə haqqında müddəalarının əhatə dairəsinə düşmür. Bu barədə şənbə günü jurnalistlərə təşkilatın baş katibi Stanislav Zas bildirib. “Başa düşmək lazımdır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının potensialı yalnız (üzv ölkələrdən birinə) təcavüz, hücum zamanı cəlb olunur. Burada isə söhbət, əslində, sərhəd insidentindən gedir. Şükür Allaha, orada tələfat yoxdur, atışma yoxdur. Bu, sərhəd insidentidir, onu həll etmək lazımdır və biz onun dinc yolla həll edilməsinin tərəfdarıyıq”, deyə TASS agentliyi Zasdan sitat gətirir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi həmçinin Ermənistanın may ayında etdiyi müraciətdən sonra təşkilatın ölkənin sərhəddə yerləşən rayonlarında vəziyyətlə bağlı məsləhətləşmələr keçirdiyi barədə məlumat verib. “Bu məsləhətləşmələr müdafiə nazirləri, təhlükəsizlik şurası katibləri səviyyəsində aparılıb və mən Ermənistanın xarici işlər naziri və müdafiə naziri ilə də əlaqə saxlamışam. Bu vəziyyəti müzakirə etmişik. Bundan başqa, Xarici İşlər Nazirləri Şurasının Düşənbədə keçirilən iclası zamanı bu vəziyyətin ümumi müzakirəsini aparmışıq”, deyə o, qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun