Rusiya Ukraynaya hərbi yardım göstərməməsi ilə bağlı Türkiyə ilə danışacaq

Rusiya Ukraynaya hərbi yardım göstərməməsi ilə bağlı Türkiyə ilə danışacaq
22 İyun 2021
Mətni dəyiş

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, yaxın günlərdə Türkiyə ilə Ankara - Kiyev hərbi əməkdaşlığına dair müzakirə aparacaqlar.

Lavrov Türkiyə və Ukrayna hərbi donanmasının birgə fəaliyyəti məsələsinə də toxunaraq deyib ki, Rusiyanın Ukraynanın NATO-ya üzvlük məsələsi ilə bağlı acıqladığı mövqe bu məsələyə də aiddir.

XİN başçısı əlavə edib ki, anlayışı olan ölkələr nədən danışdığıldığını bilir: "Türkiyə ilə də daim dialoq içindəyik. Qarşıdakı günlərdə növbəti bir görüşün olacağı gözlənilir. Təbii ki, orada da bu məsələlər gündəmə gətiriləcək", - deyə o, əlavə edib.

Ötən həftə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Ukrayna xarici işlər naziri Dmitri Kuleba görüşüblər. Görüşəndə sonra verilən açıqlamada bildirilib ki, Ukrayna və Türkiyə donanmalarının birgə fəaliyyətinə dair müzakirələr olub. Ukrayna donanmasının NATO standartlarına uyğunlaşmasına və Qara dənizin təhlükəsizliyinə dair birgə mövqe ifadə olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun