Rusiya İngiltərəyə nota verib

Rusiya İngiltərəyə nota verib
25 İyun 2021
Mətni dəyiş

Rəsmi Moskva Rusiyanın dövlət sərhədini pozduğuna görə İngiltərəyə nota verib.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, bundan sonra baş verə biləcək hər hansısa gərginliyə görə İngiltərə məsuliyyət daşıyacaq.

İngiltərənin də bu notaya cavabı gecikməyib. Baş nazir Boris Conson Rusiyanın sərhədi pozmaqla bağlı iddialarını rədd edib.

Rusiya hərbçiləri ölkənin Qara dənizdəki ərazi sularına girən İngiltərə hərbi gəmisi “Defender”in hərəkəti istiqamətində xəbərdarlıq atəşi açıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Rusiyanın “Su-24M” bombardmançısı Qara dənizin şimal-şərqində Fiolent burnu yaxınlığında dövlət sərhədinin pozulmasını dayandırmaq üçün xəbərdarlıq bombardmanı həyata keçirib.

Rusiya MN-in açıqlamasında bildirilib ki, atəşdən öncə dövlət sərhədinin pozulması halında silah istifadəsi barədə xəbərdarlıq edilsə də, İngiltərə hərbi gəmisi buna reaksiya verməyib.

Açıqlamada qeyd olunub ki, Qara Dəniz Donanması və Rusiya FSB-nin sərhəd xidmətinin tədbirləri nəticəsində “Defender” Rusiyanın ərazi sularını tərk edib.

Hadisədən sonra Böyük Britaniyanın Moskvadakı səfirliyinin hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun