İranın yeni prezidenti Qərblə münasibətlərin gələcəyindən danışıb

İranın yeni prezidenti Qərblə münasibətlərin gələcəyindən danışıb
21 İyun 2021
Mətni dəyiş

İranın yeni seçilən prezidenti İbrahim Rəisi prezident seçildikdən sonra ilk mətbuat konfransını keçirib. Jurnalistlərin suallarını cavablandıran prezident Qərblə münasibətlərə də toxunub. Rəisi deyib ki, İranın xarici siyasəti təkcə nüvə sazişi ilə yekunlaşmayacaq.

"Dünya ölkələri ilə əlaqələr quracağıq. İran xalqının maraqlarını təkcə nüvə sazişinə bağlamayacağıq", - deyə o, bildirib. Rəisi Amerikanın qatı əleyhdarı olan şəxs kimi ABŞ-ın sanksiyalarına məruz qalıb. O, avqust ayında vəzifəsini indiki prezident Həsən Ruhanidən təhvil alacaq. Jurnalistlərin Baydenlə görüşüb-görüşməyəcəyinə dair sualına Rəisi "bunun üçün Amerika nüvə sazişinə qayıtmalıdır və İrana tətbiq edilən sanksiyalar götürülməlidir", deyə cavab verib. İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində iştirak etmiş 28,6 milyon seçicidən 17,6 milyon nəfərinin səsini qazanaraq qalib gəlib. Əvvəlcə İran prezidenti vəzifəsi uğrunda 7 namizəd mübarizəyə qoşulsa da, sonradan onlardan üçü namizədliyini geri götürmüşdü. Əsas mübarizə İranın məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, digər iki mühafizəkar siyasətçi - Məsləhət Şurasının katibi Möhsün Rzayi və İran parlamentinin vitse-spikeri Əmir Hüseyn Qazizadə Haşimi, həmçinin İran Mərkəzi bankının keçmiş rəhbəri Əbdülnasir Himməti arasında gedib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun