İran: "Amerika ilə razılaşma əldə edilib, sanksiyalar qaldırılır"

İran: "Amerika ilə razılaşma əldə edilib, sanksiyalar qaldırılır"
15 İyun 2021
Mətni dəyiş
İran Xarici İşlər Nazirliyi Amerika ilə razılaşma əldə edildiyini bildirib. Nazirliyin sözçüsü Səid Xətibzadə bildirib ki, yeni razılaşma İranın enerji sektoru da daxil olmaqla, sənaye sektoruna qoyulan bütün sanksiyaların qaldırılacağı mənasına gəlir. Xətibzadə əlavə edib ki, bəzi kiçik texniki məsələlər var ki, onlar həll edilməlidir, ancaq ümumilikdə razılaşa bilmədiyimiz bir mövzu yoxdur. XİN sözçüsü "Nüvə sazişi" barəsində də danışarıq bildirib ki, sazişin canlandırılması üçün çox az zaman qalıb. Digər mənbələrə görə isə hazırda İran və Amerika nümayəndələri 2015-ci ildə qəbul edilən sazişin yenidən qəbul edilməsi ilə bağlı görüşlər keçirirlər. Amerika Tramp hakimiyyəti dövründə sazişdən çıxan ilk ölkə olub. Co Bayden Amerikada prezident olduqdan sonra isə Tramp hakimiyyəti dövründə çıxılan sazişlərə yenidən baxılması ilə bağlı qərar verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun