Bakıda Azərbaycan-Türkiyə Hərbi Dialoqu başladı

Bakıda Azərbaycan-Türkiyə Hərbi Dialoqu başladı
3 İyun 2021
Mətni dəyiş
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb. Müdafiə Nazirliyinin məlumatına görə, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilir, hərbi və müdafiə sahəsində inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilir. Qeyd edək ki, iclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahinin ikinci rəisi korgeneral Selçuk Bayraktaroğludur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun