AXCP sədrinin bir mühafizəçisi azadlığa buraxılıb

AXCP sədrinin bir mühafizəçisi azadlığa buraxılıb
22 İyun 2021
Mətni dəyiş

AXCP üzvü, eyni zamanda partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Səid Məmmədzadə azadlığa buraxılıb. 

Bu barədə onun vəkili Elçin Sadıqov məlumat yayıb. Məmmədzadə Bakı Apelyasiyasının qərarı ilə azadlığa buraxılıb. Onun 3 illik həbs müddəti şərti cəza ilə əvəzlənib.

O, 2020-ci ilin mayında həbs edilib, iyulda isə ev dustaqlığına buraxılmışdı. S. Məmmədzadə aprelin 28-də hökm elan ediləndə məhkəmə zalında həbs olunub.

Səid Bakuvi kimi tanınan idmançı həm də AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olub. O, sosial media hesablarında Azərbaycan hökumətinin fəaliyyətini tənqid edən fikirlər paylaşırdı.

AXCP Məmmədzadənin həbsini partiya üzvlərinə qarşı repressiyaların davamı kimi qiymətləndirib.

Rəsmilər isə ölkədə heç kimin siyasi baxışlarına görə təqib olunmadığını, həbsdə olan siyasi fəalların konkret cinayət əməllərinə görə cəzalandırıldığını bəyan edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun