Xaçmaz Mərkəzi Xəstəxanasında və Siyəzən Diaqnostika Mərkəzində qanun pozuntuları: cinayət işi qaldırılıb

Xaçmaz Mərkəzi Xəstəxanasında və Siyəzən Diaqnostika Mərkəzində qanun pozuntuları: cinayət işi qaldırılıb
19 May 2021
Mətni dəyiş
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında və Siyəzən Müalicə diaqnostika Mərkəzində aparılan yoxlamalar nəticəsində xəstələrə keyfiyyətsiz qida məhsullarının verilməsi, həmin qida məhsullarının çəkisinin şişirdilmiş şəkildə göstərilərək mənimsənilməsi  və digər qanun pozuntuları aşkar edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında deyilir. Baş Prokurorluq tərəfindən toplanmış materialların öyrənilməsi nəticəsində fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Xaçmaz  və  Sizyəzən rayon prokurorluqlarına göndərilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun