Xədicə İsmayılın şərti məhkumluğunun sınaq müddəti başa çatıb

Xədicə İsmayılın şərti məhkumluğunun sınaq müddəti başa çatıb
25 May 2021
Mətni dəyiş
Araşdırmaçı jurnalist Xədicə İsmayılın barəsində şərti məhkumluğun sınaq müddəti mayın 25-də başa çatıb. Bu barədə Turan-a jurnalistin özü bildirib. “Bu gün sınaq müddəti bitdi. Sonuncu dəfə imza çəkdim. Sənədləri düzəldəcəklər. Dedilər ki, sabah və ya birisi gün qovluğu qapadacaqlar. Bu barədə mənə sənəd verəcəklər. Beş il ərzində hər ay profilaktik söhbətlərdən və səfər qadağasından qurtulma günüdür” ,- o bildirib. 2014-cü il dekabrın 5-də həbs olunmuş Xədicə İsmayıl vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilib. 2016-cı il mayın 25-də Ali Məhkəmə qəbul etdiyi qərarla jurnalistin azadlıqdan məhrumetmə cəzasını 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb. Sonradan bu müddət 2 il 3 aya endirilib. Jurnalist barəsində olan sınaq müddətinin və şərti məhkumluğunun ləğvilə bağlı bundan öncə məhkəməyə müraciət edib. Birinci instansiya və Apellyasiya Məhkəməsi onun bu müraciətini təmin etməyib. Xədicə İsmayıl bütün ittihamları rədd edir, prezident ailəsinin biznesi barədə araşdırmalarına görə cəzalandırıldığını bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun