Rusiya Türkiyənin krım tatarları ilə bağlı səmimi olmadığını deyir

Rusiya Türkiyənin krım tatarları ilə bağlı səmimi olmadığını deyir
21 May 2021
Mətni dəyiş

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyənin krım tatarları ilə bağlı narahatlığının vəziyyətə görə dəyişə bildiyini deyib. O qeyd edib ki, Türkiyənin bu narahatlığı tsiklik əhəmiyyət daşıyır. 

Zaxarova bu barədə həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Zaxarova Türkiyənin krım tatarları ilə bağlı mövqeyinin şübhəli olduğunu deyib. O, əlavə edib ki, Türkiyədə etnik, dil və dini xarakterli həll olunmamış problemlər var.

"Əgər Türkiyə bu fəaliyyətini davam etdirsə, biz də məcbur qalıb Türkiyədəki bənzər problemləri qabardacağıq. Ancaq bunu etmək istəmirik. Ona görə də türkiyəli siyasətçilərin anlayış göstərəcəyinə inanırıq. Türkiyənin etnik qrupların özlərinin də maraqlarına zidd olacaq addımlar atmayacağını düşünürük", - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun