Putin rəqiblərinə daha bir məcburiyyət gətirir

Putin rəqiblərinə daha bir məcburiyyət gətirir
19 May 2021
Mətni dəyiş

Rusiyada seçkilərdə namizəd kimi iştirak edən şəxslər artıq rəqəmsal maliyyə aktivlərinin (Kriptovalyuta) də hesabatını verməli olacaqlar. Bu barədə qanunu Rusiya parlamentinin alt qanadı olan Rusiya Dövlət Duması təsdiq edib. 

Qanuna görə, Rusiyada seçkilərdə namizəd kimi qeydə alınmış şəxslər həm özlərinin, həm də həyat yoldaşlarının rəqəmsal maliyyə aktivləri ilə bağlı hesabat verməlidirlər. Eyni zamanda, yetkinlik yaşına çatmayan uşaqlarının adına olan hesablarla bağlı da məlumat təqdim edilməlidir.

Namizədlər bu proses zamanı maliyyəni hardan əldə etdiklərini də açıqlamalıdırlar. Bu barədə qərarı 2020-ci ildə Rusiya prezidenti Vladimir Putin imzalamışdı. Hazırki qanun o qərardan irəli çıxılaraq hazırlanıb.

Putinin əsas rəqibi

Rusiya prezdidenti Vladimir Putinin əsas rəqibi Aleksey Navalnı da kriptovalyuta üzərindən xeyli gəlir əldə edir.

Rusiyada Bitcoin ianələrində uğurlu şəxs kimi qəbul edilən Navalnıya son 5 ildə 657 BTC (34 milyon 650 min manat) ianə edilib. Navalnının ötən həftə tutulması və komandasının Putinə aid olan sarayı ifşa etməsindən sonra ona edilən Bitcoin ianələri sürətlə artıb.

Navalnının son həbsindən sonra ilk bir həftədə ona 3.7 BTC ianə edilib ki, bu da Azərbaycan pulu ilə 198 min 660 manat edir.

"Böyük məbləğdə yardım tamamən Bitcoin üzərindən olub"

Rusiya daxilində Navalnı ilə bağlı könüllülük fəaliyyətlərini koordinasiya edən Leonid Volkov bildirib ki, istər yerli valyuta ilə, istərsə də kriptovalyuta üzərindən edilən yardımlar Navalnının son araşdırmasından və həbsindən sonra artıb.

"Böyük məbləğdə yardım tamamən Bitcoin üzərindən olub və bu yardım mühacirətdə olan, eyni zamanda Navalnının dostu olan rus milyonçu Yevgeni Çiçvarkin tərəfindən edilib".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun