Ötən il müdafiə və təhlükəsizlik üçün xərclənən vəsait açıqlandı

Ötən il müdafiə və təhlükəsizlik üçün xərclənən vəsait açıqlandı
24 May 2021
Mətni dəyiş
2020-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsi xərclərinin 16,8 faizi həcmində və ya 4 milyard 425,4 milyon manat vəsait yönəldilib. Bununla bağlı “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib. Sənəddə yazılıb ki, bu rəqəm 2019-cu illə müqayisədə 1 milyard 63 milyon 800 min manat çoxdur. Sənəddə o da qeyd edilir ki, büdcədən müdafiə xərclərinə əlavə ayrılmış vəsait hesabına yeni hərbi texnika alınıb. Həmçinin ön cəbhəyə ezam olunmuş hərbi qulluqçuların və səfərbərliklə hərbi xidmətə çağırılmış heyətə xidmət etdiyi müddətdə aylıq vəzifə maaşı və ona müəyyən edilmiş aylıq əlavənin ödənilməsi qarşılanıb. Qeyd edək ki, layihə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun