Ermənistan XİN başçısı istefa səbəbini açıqladı

Ermənistan XİN başçısı istefa səbəbini açıqladı
31 May 2021
Mətni dəyiş
Ermənistan xarici işlər naziri Ara Ayvazyan istefa verməsinin səbəblərini açıqlayıb. Bu barədə Ermənistan KİV xəbər verir. Nazirliyin kollektivi ilə sağollaşan Ayvazyan Azərbaycan və Rusiya ilə gözlənilən yeni üçtərəfli razılaşma fonunda vəzifəsindən gedəcəyini bildirib. “Mən bu posta təyin olunanda diplomatiyanın uduzmadığını demişdim və hələ də sözümün üstündə dururam. Mən XİN-nin milli və dövlət maraqlarına zidd təşəbbüslərə dəstək verməsi barədə dolaşan xəbərlərə son qoymaq üçün istefa verirəm”- deyə Ayvazyan söyləyib. Xatırladaq ki, Ara Ayvazyan 2020-ci il noyabrın 18-də xarici işlər naziri təyin olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun