Azərbaycan ordusu Zəngəzurda daha 1,5 kilometr irəliləyib - Ermənistan KİV

Azərbaycan ordusu Zəngəzurda daha 1,5 kilometr irəliləyib - Ermənistan KİV
21 May 2021
Mətni dəyiş
Azərbaycan Ordusu Zəngəzurda daha 1,5 kilometr irəliləyib. Bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilir ki, irəliləmə Xoznavar kəndi istiqamətində qeydə alınıb. Laçın və Gorus rayonlarının sərhədində yerləşən kənd Qaragölə yaxın ərazidədir. Kəndin rəhbəri Varo Qriqoryan sərhəd danışıqlarının davam etdirildiyini söyləyib. “Azərbaycanlılar dünən axşam 6-da mövqelərini irəli çəkib. Onlar 1,5 kilometr irəliləyiblər. Hazırda kənddən 2,5 kilometr uzaqlıqda mövqe qurublar”-deyə Qriqoryan bildirib. Xatırladaq ki, hazırda Azərbaycan-Ermənistan sərhədində demarkasiya və delimitasiya prsesinin başlanıldığı müzakirə olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun