Azərbaycan əsgərləri Sünikdən çıxır?

Azərbaycan əsgərləri Sünikdən çıxır?
24 May 2021
Mətni dəyiş

Ermənistan Müdafiə Nazirliyi Sünik bölgəsinə girən Azərbaycan əsgərlərinin bir qisminin ərazidən çəkildiyini bildirib. 

"23 maydan etibarən, Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitdir, heç bir pozuntu qeydə alınmayıb. Ermənistan ərazisinə daxil olan əsgərlərin bir qismi bölgəni 22 may axşamı tərk edib", - deyə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.

Nazirlik Qaragöldə Azərbaycanın minə yaxın hərbiçisinin olmasına dair məlumatları da təkzib edib.

Bundan əvvəl Azərbaycan - Ermənistan sərhədlərinin müəyyən edilməsi zamanı iki ölkə arasında yenidən gərginlik yaşanmışdı. Ermənistan Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəmişdi. Sonradan isə hər iki ölkə arasında razılıq əldə olunmasına dair məlumatlar yayılmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun