"Associated Press" İsraili hədəf aldığına görə jurnalisti işdən qovub?

"Associated Press" İsraili hədəf aldığına görə jurnalisti işdən qovub?
21 May 2021
Mətni dəyiş

Amerikanın "Associated Press" xəbər agentliyi İsrailin Fələstindəki əməliyyatlarını sosial şəbəkələrdə tənqid edən əməkdaşını işdən qovub. 

Məsələ ilə bağlı danışan jurnalist Emily Vilder deyib ki, onu "Associated Press"-in əməkdaşlarının sosial şəbəkələrdən istifadə qaydalarını pozduğunu deyərək işdən kənarlaşdırıblar, ancaq bu pozuntuların nədən ibarət olduğunu açıqlamayıblar.

Jurnalist bildirib ki, bütün bunlar ona qarşı kampaniyanın nəticəsidir.

"Mənim İsraillə bağlı fikirlərim bəzi mühafizəkarların xoşuna gəlmədi və mənə qarşı böyük bir kampaniya başladıldı. Hətta keçmiş sosial şəbəkə hesabımdakı bəzi paylaşımlarım da yenidən gündəmə gətirildi və mən hədəf alındım. "Associated Press" bu təzyiqlərin önündə duruş gətirə bilmədi, boyun əydi və məni işdən çıxartdı", - deyə o, vurğulayıb.

Emily Vilder bu il mayın 3-dən agentlikdə çalışmağa başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun