Saleh Rüstəmliyə azadlıq tələbi ilə etiraz aksiyası keçirilib, etirazçılar zorakılıqla saxlanılıb

Saleh Rüstəmliyə azadlıq tələbi ilə etiraz aksiyası keçirilib, etirazçılar zorakılıqla saxlanılıb
1 Dekabr 2021
Mətni dəyiş

Bakının Fəvvarələr Meydanında hazırda həbsdə olan sabiq icra başçısı, Qarabağ qazisi Saleh rüstəmlinin azadlığa buraxılması tələbi ilə etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları Saleh Rüstəmlinin qanunsuz həbs olunduğunu, buna görə aclıq aksiyası etdiyini deyirlər. Onalrın əsas tələbi Saleh Rüstəmlinin azadlığa buraxılmasıdır.

Polis onalrla aksiya iştirakçısını zorakılıqla saxlayıb. Saxlanılanlar arasında Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu, ictimai fəallar və siyasi partiya üzvləri var.

Aksiyada Saleh Rüstəmlinin bacısı Yeganə Rüstəmova da var.

Aksiyadan əvvəl təşkilatçılardan biri Mete Türksoy da saxlanılıb. Məlumata görə, Aksiyanın digər təşkilatçısı İlkin Rüstəmzadə də saxlanılıb.

Qanunsuz sahibkarlıqda və AXCP-ni maliyyələşdirdiyi üçün pul yumaqda ittiham olunan Saleh Rüstəmli 2018-ci ilin mayın 8-də həbs olunub. Ona 2019-cu ilin martında 7 il 3 ay müddətinə həbs cəzası verilib, Appelyasiya Məhkəməsi cəzanın müddətini 7 il 1 aya endirib.

Saleh Rüstəmli və AXCP ittihamları rədd edir.

Noyabrın 5-də Milli Məclis Amnistiya Aktı qəbul edib.

Amnistiya Aktının 16-17 min adama şamil olunacağı, onlardan 3 min nəfərin həbsxanadan çıxacağı qeyd olunub.

Amnistiya Aktının 10-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin bir çox maddələrilə həbs olunmuş şəxslərə akt şamil edilmir. Saleh Rüstəmlinin təqsirləndirildiyi maddə də həmin siyahıya daxildir.

Saleh Rüstəmli qanunsuz həbsinə və Amnistiya Aktına düşmədiyinə görə 26 gündür aclıq aksiyası edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun