Sərhədsiz Reportyorlar media azadlığı indeksini açıqlayıb, Azərbaycan 167-ci yerdədir

Sərhədsiz Reportyorlar media azadlığı indeksini açıqlayıb, Azərbaycan 167-ci yerdədir
17 Dekabr 2021
Mətni dəyiş

Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) açıqladığı 2019-cu il Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan ötən illə müqayiəsədə 1 pillə irəliləyərək 167-ci yeri tutub. 

Hebatın Azərbaycana aid hissəsində “RSF” qeyd edib ki, prezident İlham Əliyev plüralizmin bütün formalarını əzməklə kifayətlənməyib, 2014-cü ildən bəri olub-qalan media tənqidçilərinə qarşı amansız müharibə aparır.

"Müstəqil jurnalistlər və bloqerlər ilk təqiblərə, şantajlara məruz qalırlar. Rüşvətə boyun əymədikləri təqdirdə absurd əsaslarla həbs olunurlar. Mühacirətdə müqavimətini davam etdirən jurnalistləri susdurmaq məqsədilə hakimiyyət hələ də Azərbaycanda olan ailə üzvlərini sıxışdırır. Əsas müstəqil xəbər saytları bloklanıb. 2019-cu ilin sonunda böyük islahatların elan edilməsi ilə yaranan ümidlər tez puç oldu", - deyə hesabatda qeyd olunub.

Yeni hesabatda Rusiya 150, İran 174, Gürcüstan 60, Ermənistan isə 63-cü yeri tutub.

2019-cu il Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan 2018-ci illə müqayisədə geriləyərək 180 ölkə arasında 166-cı olub. 2018-ci ildə Azərbaycan 162-ci idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun