"Qırmızı Xaç"ın həkimləri Saleh Rüstəmliylə görüşüblər

"Qırmızı Xaç"ın həkimləri Saleh Rüstəmliylə görüşüblər
17 Dekabr 2021
Mətni dəyiş

Dekabrın 17-də vəkili Bəhruz Bayramov Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmliyə baş çəkib.

Vəkilin sözlərinə görə, bu gün, dekabrın 17-də S.Rüstəmlini Beynəlxalq Qırmızı Xaç Komitəsinin həkimləri də müayinə edib. Onun vurğulamasına görə, S.Rüstəmliyə aylarla normal şəraitdə müalicə lazımdır.

Vəkil əlavə edib ki, S.Rüstəmliçox zəifdir deyə, otaqdan çıxa bilməyib: "Telefonla danışdıq. Müəyyən müalicə alır".

AzadlıqRadiosunun xəbərinə görə, bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan bölməsindən münasibət almaq mümkün olmayıb.

41 gün həbsdə aclıq aksiyası keçirən S.Rüstəmli dünən aksiyanı dayandırıb.

Saleh Rüstəmli 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. S. Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun