Prokuror XİN-in sabiq vəzifəli şəxslərinə 7 il həbs istəyib

Prokuror XİN-in sabiq vəzifəli şəxslərinə 7 il həbs istəyib
15 Dekabr 2021
Mətni dəyiş

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror F.Mollazadə ilə S.Əlizadənin hər birinin 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd olunub ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş ev dustaqlığı ləğv edilməli və məhkəmə zalında həbs olunmalıdırlar.

XİN-in sabiq işçiləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilərək həbs olunublar.

Daha sonra hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun