Moskvada “3+2” formatında ilk görüş keçirilib, Gürcüstan isə iştirakdan imtina edib

Moskvada “3+2” formatında ilk görüş keçirilib, Gürcüstan isə iştirakdan imtina edib
11 Dekabr 2021
Mətni dəyiş

Dekabrın 10-da Moskvada Rusiya Federasiyası, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və İranın Xarici İşlər Nazirliyinin baş direktorunun həmsədrliyi ilə “3+3” regional platformasının birinci iclası keçirilib.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Gürcüstan dəvət olunsa da, nümayəndələr görüşdə iştirakdan çəkiniblər.

"Görüş zamanı çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Platformanın işini onun bütün iştirakçılarını maraqlandıran praktiki məsələlərə yönəltmək razılaşdırılıb", - deyə açıqlamada deyilir.

Həmçinin, iclas iştirakçıları "aidiyyəti nazirlik və idarələrin mümkün cəlb olunması ilə" gələcək üçün iş planlarını müzakirə ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun