"Media haqqında" qanunun bəzi maddələri aydınlaşıb

"Media haqqında" qanunun bəzi maddələri aydınlaşıb
10 Dekabr 2021
Mətni dəyiş

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bu gün bir sıra media orqanlarının rəhbər və nümayəndələri ilə görüşüb. Ə. İsmayılov “Media haqqında” yeni qanun layihəsinin parlamentdə müzakirəyə çıxarıldığını deyib.

““Media haqqında” qanun layihəsinə dair əsaslandırma”ya nələr daxil edilib:

  • Cinayət Məcəlləsindən 147, 148, 148.1 (böhtan və təhqirə dair) maddələrin çıxarılması; Yeni qanun layihəsi qəbul edilsə, “Televiziya yayımı haqqında” və “KİV haqqında” qanunlar qüvvədən düşəcək.
  • Heç bir qanuni əsası olmadan özünü media subyekti və ya jurnalist kimi təqdim edən və bu statusdan sui-istifadə edən şəxslərin fəaliyyətinin qarşısı alınacaq;
  • Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmayacaq;
  • Media orqanlarının bir-birlərindən xəbər “oğurlaması” qadağan ediləcək;
  • İnternet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi olmayacaq. Lisenziya almayan internet televiziyalar fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər;
  • Jurnalistlərin sosial portreti müəyyənləşdiriləcək;
  • Jurnalistlərə güzəşt və imtiyazlar veriləcək. Güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşəcək, bu istiqamətdəki fəaliyyətin həcmi və əhatə dairəsi planlaşdırılacaq;
  • Media reyestrinə daxil edilən jurnalistlərə vahid jurnalist vəsiqəsi veriləcək. Vəsiqənin verilməsi könüllülük prinsipi əsasında olacaq.

MEDİA-nn belə görüşləri mütəmadi olaraq keçirilir. Lakin indiyədək heç bir müstəqil media nümayəndəsi həmin görüşdə iştirak edə bilməyib.

Azərbaycanda “Media Haqqında” yeni Qanun layihəsinin hazırlanması barədə qərar prezident tərəfindən ilin əvvəlində verilib. 2021-ci il yanvarın 12-də İlham Əliyevin “Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Media İnişaf Agentliyi (MEDİA) yaradılıb və fərmana əsasən agentliyə iki ay ərzində yeni qanun layihəsini hazırlayıb prezidentə təqdim etmək tapşırılıb. Bu fərmandan 10 aydan çox vaxt keçsə də yeni qanun layihəsi nə prezidentə təqdim olunub, nə də ictimai müzakirəyə çıxarılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun