Məhkəmə Saleh Rüstəmlini azadlığa buraxmayıb, ekspertiza təyin edilib

Məhkəmə Saleh Rüstəmlini azadlığa buraxmayıb, ekspertiza təyin edilib
30 Dekabr 2021
Mətni dəyiş

Bu gün Nizami Rayon Məhkəməsində Qarabağ qazisi, Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmlinin səhəti ilə əlaqədar azadlığa buraxılmasına dair müraciətə baxılıb.  Saleh Rüstəmli və Pentensiar Xidmətin müalicə müəssisəsinin həkimi prosesə internet vasitəsilə qoşulub. Saleh Rüstəmlinin vəkili Bəhruz Bayramov jurnalistlərə bildirib ki, Rüstəmlinin səhəti ilə bağlı azadlığa buraxılmasını zəruri edən faktlar məhkəməyə təqdim edilsə də, məhkəmə bu faktları yetərli hesab etməyib. Eyni zamanda, Pentensiar Xidmətin müalicə müəssisəsinin prosesdə iştirak edən həkimi çıxış edərək bildirib ki, Rüstəmlinin cəzadan azad olunmasına heç bir əsas yoxdur, çünki onun vəziyyəti yaxşılaşmağa doğru gedir. Daha sonra, hakim Saleh Rüstəmlinin səhətinin necə olmasına dair araşdırma aparılması üçün ekspertiza təyin edib. Ekspertiza rəyini 3 gün ərzində məhkəməyə təqdim etməlidir. Məhkəmə bundan sonra qərarını elan edəcək. Saleh Rüstəmli 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. S. Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub. O, azadlığa buraxılmaq tələbi ilə 41 gün aclıq edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun