Ermənistan vətəndaşı Azərbaycan tərəfə keçib

Ermənistan vətəndaşı Azərbaycan tərəfə keçib
29 Dekabr 2021
Mətni dəyiş

Dekabrın 29-da saat 7:30-da Qarabağın Əsgəran rayonunun Ayqestan kənd sakini, Armen Verdyan (1971-ci ildə anadan olub) Ağdamın Şelli kəndində azərbaycanlı hərbçilərin nəzarət etdikləri əraziyə keçib. Bu barədə çərşənbə günü Ermənistan KİV-i məlumat yayıb.

Həmin mənbələrə görə, onun qaytarılması ilə bağlı sülhməramlılar vasitəsilə danışıqlar aparılır.

Azərbaycan tərəfi hələlik baş verənləri şərh etmir. Bundan əvvəl də hava şəraiti ilə əlaqədar belə hallar olub. Ancaq Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti məsələyə müdaxilə edib və saxlanılan şəxslər ölkələrinə geri qaytarılıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun