Ermənilər Kəlbəcərdə Azərbaycan mövqelərini atəşə tutub

Ermənilər Kəlbəcərdə Azərbaycan mövqelərini atəşə tutub
8 Dekabr 2021
Mətni dəyiş
Dekabrın 8-i saat 14:35-dən 15:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan intensiv atəşə tutub. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Qarşı tərəfin susdurulması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun şəxsi heyəti və texnika baxımından itkisi yoxdur. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun