Ceyhun Bayramov: "Anklavlar məsələsinin sərhədlərin delimitasiyası zamanı həll edilməsi vacibdir"

Ceyhun Bayramov: "Anklavlar məsələsinin sərhədlərin delimitasiyası zamanı həll edilməsi vacibdir"
27 Dekabr 2021
Mətni dəyiş
“Azərbaycanla Ermənistan arasında anklavlar məsələləri var, bunu heç kim inkar etmir”. Bunu xarici işlər naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, anklavlar məsələsinin hansısa formada həll edilməsi vacibdir. “Anklavlar məsələsinin sərhədlərin delimitasiyası zamanı həll edilməsi vacibdir. Böyük ehtimal ki, bu, qısamüddətli proses olmayacaq. Bu istiqamətdə sistemli və davamlı işin aparılması vacibdir”, - deyə Ceyhun Bayramov deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun