Baş Prokurorluq helikopter qəzası ilə bağlı istintaqın ilkin nəticələrini açıqlayıb

Baş Prokurorluq helikopter qəzası ilə bağlı istintaqın ilkin nəticələrini açıqlayıb
20 Dekabr 2021
Mətni dəyiş

“Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olması, 2 nəfərin isə yaralanması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur”.

Bunu Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunan ilkin nəticələrə dair keçirilən brifinqdə Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov deyib.

Qeyd olunub ki, helikopterin qara qutusu Çexiya Respublikasında mütəxəsislərlər birlikdə açılıb və ilkin nəticələrə görə, pilotlar küləyin istiqamətini və sürətini düzgün hesablaya bilməyiblər.

"Helikopterin uçuşu və təlimlərə cəlbiylə əlaqədar qanun pozuntusu müəyyən edilməyib, texniki göstəricilərdə heç bir nasazlıq aşkar edilməyib", - deyə prokurorluq bildirib.

Əlavə olunub ki,  cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Sənan Paşayevin rəhbərliyi ilə Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu tərəfindən həyata keçirilir.

Noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb. Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, ikisi yaralanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun