Baş Prokurorluq daha bir nəfərə sosial şəbəkələrdəki statusuna görə xəbərdarlıq edib

Baş Prokurorluq daha bir nəfərə sosial şəbəkələrdəki statusuna görə xəbərdarlıq edib
21 Dekabr 2021
Mətni dəyiş

Azərbaycanda məktəb direktoruna xəbərdarlıq edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, internet informasiya ehtiyatında intiharla bağlı qadağan edilən məlumatları yayması ilə əlaqədar Qusar rayonu, Yuxarı Zeyxur kənd orta məktəbinin direktoru Hikmət Camirzə oğlu Ağacanova 20 dekabr 2021-ci il tarixdə “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə əsasən qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq elan edilib.

Bundan əvvəl dekabrın 1-də hərbi jurnalist Səxavət Məmməd Baş Prokurorluğa dəvət edilib.

Bu barədə jurnalist özü məlumat verib.

"Dekabrın 18-də Yenicag.az saytında gedən son yazılarla bağlı Baş Prokurorluğa dəvət edildim. İzahatımı aldılar, daha sonra söhbət etdik. Orada da bildirdim ki, orduda baş verənlərlə bağlı yazdıqlarım uzun müddətli araşdırmanın nəticəsidir. Ardından məhkəməyə aparıldım. İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə ittiham edildim və hakim məni təqsirli bilərək 500 manat cərimə etdi", - deyə jurnalist qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun